Mingəçevirdə “Seçki prosesinə qeyri-qanuni müdaxilənin yol verilməzliyi” mövzusunda məlumat sessiyası keçirilib - FOTO - VİDEO

Mingəçevirdə “Seçki prosesinə qeyri-qanuni müdaxilənin yol verilməzliyi” mövzusunda məlumat sessiyası keçirilib  - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 27 avqust 2013 15:12 (UTC +04:00)

Mingəçevir. Elvin Yaqubov-APA. Avqustun 27-də Mingəçevirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Mərkəzi Seçki Komissiyasının (MSK) və ATƏT-in Bakı ofisinin birgə təşkilatçılığı ilə “Seçki prosesinə qeyri-qanuni müdaxilənin yol verilməzliyi” mövzusunda məlumat sessiyası keçirilib. APA-nın məlumatına görə tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, MSK-nın, ATƏT-in Bakı ofisinin nümayəndələri, 38 şəhər və rayonun icra hakimiyyətlərinin başçıları və dairə seçki komissiyalarının sədrləri iştirak ediblər.

Sessiyada çıxış edən ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqay bildirib ki, Azərbaycanda son seçkilərlə bağlı ATƏT-in hesabatında demokratiyaya doğru növbəti addımın atıldığı vurğulanıb. Hazırda seçkiyə hazırlıq prosesindən razılıq ifadə edən səfir bu sessiyanın seçkilərə qanunsuz müdaxilənin yolverilməzliyinə həsr olunduğunu deyib: “Ümid edirəm ki, seçkilərin demokratik keçirilməsinə öz töhfəsini verəcək. Rəhbərlik etdiyim qurumun məqsədi Azərbaycana qarşıdan gələn prezident seçkilərinin demokratik keçirilməsi istiqamətində yardım göstərməkdir”. Səfir ATƏT-in Azərbaycanı azad və ədalətli seçkilərin keçirilməsi ilə bağlı öhdəliklərinin icrasında dəstəkləməyə davam edəcəyini qeyd edib.

Azərbaycan Prezidenti Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş üzrə şöbəsinin müdir müavini Hüseyn Mövsümov, Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov qeyd edib ki, yerli icra hakimiyyəti orqanları seçki prosesində bilavasitə iştirak etməsələr də, onlar yerlərdə seçki mühitinin yaradılmasında, seçkilər zamanı asayişin təmin edilməsində ciddi rol oynayırlar. Bundan başqa, namizədlərin seçkiqabağı təşviqatlarının aparılması üçün müvafiq yerlərin ayrılması da yerli icra hakimiyyətlərinin vəzifəsidir. Natiqlər vurğulayıblar ki, Azərbaycan artıq seçkilərin keçirilməsi sahəsində kifayət qədər böyük təcrübə qazanıb.

“Azərbaycan hakimiyyətinin siyasi iradəsi və bu sahədə görülən zəruri tədbirlər ölkəmizdə növbəti prezident seçkilərinin də azad, demokratik, şəffaf, milli qanunvericiliyə və beynəlxalq standartlara uyğun şəkildə, mütəşəkkil surətdə keçirilməsinə şərait yaradır. Qarşıdan gələn prezident seçkilərini 50 mindən çox yerli və xarici müşahidəçilər tərəfindən izlənəcək. Seçkilərə hələ 43 gün var və bu günədək 160-dan artıq müşahidəçi MSK tərəfindən qeydiyyata alınıb”. Daha sonra Mərkəzi Seçki Komissiyasının katibi Tofiq Həsənov, ATƏT-in Bakı ofisinin demokratikləşmə şöbəsinin rəhbəri Nikolas Detç seçki prosesinə qanunsuz müdaxilənin yolverilməzliyi ilə bağlı məruzə ilə çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR