İran prezidenti özünə xanım müşavir təyin edib

İran prezidenti özünə xanım müşavir təyin edib
# 12 avqust 2013 08:44 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran prezidenti Həsən Ruhani özünə xanım müşavir təyin edib.

APA-nın İran prezidentinin rəsmi saytına istinadən məlumatına görə, İlham Eminzadə ölkə prezidentinin hüquqi məsələlər üzrə müşaviri vəzifəsini icra edəcək.

H.Ruhani İ.Eminzadəni elmi səviyyəsinin və hüquqi biliyinin üstün olması səbəbindən bu vəzifəyə təyin etdiyini söyləyərək ona işində uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR