Avropa fond indeksləri əsasən enib

Avropa fond indeksləri əsasən enib
# 21 yanvar 2014 07:01 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Avropa fond bazarlarında yanvarın 20-də FTSE 100 indeksi 0,1% - 6 837 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,3% - 9 716 bəndədək, Fransa CAC-40-ı isə 0,1% - 4 323 bəndədək enib. «APA-Economics»in məlumatına görə, “Deutsche Bank”ın rüblük zərəri barədə məlumatın açıqlanmasından sonra investorlar bankların səhmlərini satmağa başlayıb və nəticədə kotirovkalarda ümumi mənfi dinamika yaranıb.

Yanvarın 20-də Martin Lüter Kinq Günü münasibəti ilə Amerika fond bazarında əməliyyatlar aparılmayıb. Əvvəlki ticarət günün nəticəsində Dow Jones indeksi 0,3% - 16 459 bəndədək yüksəlib, S&P 500 0,4% - 1 839 bəndədək, Nasdaq 0,5% - 4 198 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% azalaraq 1 253,80 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3541 dollar (+0,1%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR