Mirhüseyn Musəvi qızları ilə görüşüb

Mirhüseyn Musəvi qızları ilə görüşüb
# 25 oktyabr 2013 10:24 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran müxalifətinin liderlərindən biri, üç ildən çoxdur, ev dustaqlığında saxlanılan Mirhüseyn Musəvi və onun həyat yoldaşı Zəhra Rəhnəvərd oktyabrın 23-də öz qızları ilə görüşüblər.

APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, görüşə Qədir-Xum bayramı münasibətilə icazə verilib.

Nərgiz Musəvi özünün “facebook” səhifəsində yazıb ki, görüş 2,5 saat çəkib: “Görüşdən sonra qadın məmurlar bizə qarşı hörmətsizlik etdilər. Belə ki, onlardan biri bizdən soyunmalarını və tamamilə lüt qalmağımızı istədilər. Ancaq biz məmurların bu istəyinə qarşı çıxdıq. Bu zaman bizi sillə ilə vurdular”.

Qeyd edək ki, İran müxalifətinin liderlərindən olan Mirhüseyn Musəvi, onun həyat yoldaşı Zəhra Rəhnəvərd, həmçinin Mehdi Kərrubi 2009-cu ildə keçirilmiş prezident seçkilərinə etiraz etdiklərinə görə 2010-cu il fevralın 14-dən ev dustaqlığında saxlanılırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR