Azərbaycan biznesmenləri İsveçrədə keçiriləcək investisiya sərgisinə dəvət olunur

Azərbaycan biznesmenləri İsveçrədə keçiriləcək investisiya sərgisinə dəvət olunur
# 14 yanvar 2014 08:05 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. İsveçrədə investisiyaların idarəçiliyi sərgisi keçiriləcək.

Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, sərgi 2015-ci ilin mayın 13-15-də Sürix şəhərində baş tutacaq.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgidə iştiraka dəvət olunurlar. Sərgidə iştirak etmək istəyən azərbaycanlı sahibkarlar və iş adamları Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR