11 nömrəli Xüsusi internat məktəbinin adı dəyişdirilib

11 nömrəli Xüsusi internat məktəbinin adı dəyişdirilib
# 03 mart 2014 07:12 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti 11 nömrəli Xüsusi internat məktəbinin adının dəyişdirilməsi və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edilməsi haqqında qərar verib.

APA-nın verdiyi məlumata görə, dəyişikliyə əsasən Təhsil Nazirliyinin 11 nömrəli Xüsusi internat məktəbi 11 nömrəli İnteqrasiya təlimli internat məktəbi adlandırılıb.

11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin maliyyələşdirilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Təhsil” bölməsində Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.

“Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın "Ümumi təhsil müəssisələri (ibtidai, orta və tam orta ümumtəhsil məktəbləri, ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər və digər müəssisələr)" bölməsində "11 nömrəli Xüsusi internat məktəbi" sözləri "11 nömrəli İnteqrasiya təlimli internat məktəbi" sözləri ilə əvəz edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR