“Azəriqaz” işdən çıxarılan qadın əməkdaşların aksiyasına münasibət bildirib

“Azəriqaz” işdən çıxarılan qadın əməkdaşların aksiyasına münasibət bildirib
# 19 may 2014 10:47 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu gün “Azəriqaz” İstehsalat Birliyinin bir qrup keçmiş qadın əməkdaşı Prezident Administrasiyasının (PA) qarşısında aksiya keçirməyə cəhd edib.

APA–Economics”in məlumatına görə, aksiya iştirakçıları rayon qaz qəza xidmətləri ləğv olunandan sonra işdən çıxarıldıqlarını bildirərək, ləğv olunmuş iş yerlərinin əvəzində yeni işlə təmin olunmalarını istəyiblər.

PA-da onları “Azəriqaz”ın rəhbəri Əkbər Hacıyevin qəbul edəcəyini bildiriblər.

“Azəriqaz”ın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Araz Ağayev isə “APA-Economics”ə bildirib ki, aksiya iştirakçılarının Ə. Hacıyevin qəbuluna gəlməsi barədə məlumatı yoxdur.

“Bildiyiniz kimi, Bakı şəhəri və Abşeron üzrə qaz istismar sahələrinin tərkibindəki qəza dispetçer xidmətləri ləğv edilib. Onların əvəzində yenə də “Azəriqaz”ın nəzdində təmir-tikinti idarəsinin tərkibində yeni mərkəzləşdirilmiş qəza təmir-bərpa xidməti yaradılıb.

Eyni zamanda bizdə qaz kəmərləri və cihazlarına texniki xidmət sahəsi yaradılıb. Bütün bu proseslərlə əlaqədar əmək qanunvericiliyinə uyğun olaraq bildirişlər paylanılıb. Maksimum dərəcədə çalışmışıq ki, sərbəstləşən işçilərin yerləşdirilməsini təmin edək. İndi müəyyən hissənin yerləşdirilməsi mümkün deyilsə, bunun üçün qanunvericilikdə ümumiyyətlə güzəştlər nəzərdə tutulmayıb. Çünki ştatların sayına uyğun olaraq yerləşdirilirlər”, - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR