Tərtərdə respublika tarla müşavirəsi keçirilib

Tərtərdə respublika tarla müşavirəsi keçirilib
# 14 iyun 2014 13:45 (UTC +04:00)

Tərtər. Teymur Zahidoğlu - APA. Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasında “Taxılçılıqda yeni sortlar və müasir becərmə texnologiyaları” mövzusunda ümumrespublika tarla müşavirəsi keçirilib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, tədbirdə Aqrar Elm Mərkəzinin, Elmi Tədqiqat Əkinçilik İnstitutunun əməkdaşları, ətraf rayonların kənd təsərrüfatı mütəxəssisləri və Azərbaycan Dövlət Aqrar Universitetinin müəllim və tələbələri iştirak ediblər.

Toplantıda kənd təsərrüfatı bitkilərindən yüksək məhsuldarlıq və keyfiyyət göstəricilərinin əldə olunmasında toxumçuluğun düzgün təşkili, keyfiyyətli toxumun kənd təsərrüfatı məhsulu istehsalçılarının həyatında və ölkə iqtisadiyyatına göstərdiyi müsbət təsir və digər məsələlərdən danışılıb.

Bildirilib ki, cari ildə Elmi-Tədqiqat Əkinçilik İnstitutunun bölgələrdəki təcrübə bazalarında seleksiyaçı alimlərin nəzarəti altında yumşaq və bərk buğdanın, arpanın 20-ə qədər rayonlaşmış sortlarının 1300 tona qədər orijinal, super-elit və elit toxumların istehsalı gözlənilir. İstehsal olunacaq elit toxumlar kvotaya uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyinin bölgüsü əsasında dövlət və özəl toxumçuluq təsərrüfatlarına veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR