Zakir Həsənov və Sergey Şoyqu Qəbələ RLS-in Azərbaycana təhvil verilməsinin başa çatdırılmasını müzakirə ediblər - FOTOSESSİYA

Zakir Həsənov və Sergey Şoyqu Qəbələ RLS-in Azərbaycana təhvil verilməsinin başa çatdırılmasını müzakirə ediblər - <span style="color: red;">FOTOSESSİYA
# 21 noyabr 2013 09:37 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Moskvada səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu arasında ikitərəfli görüş olub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, görüş zamanı S. Şoyqu Z. Həsənovu yeni vəziyyətə təyin olunması münasibəti ilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Mətbuat üçün qapalı keçirilən görüşdə Qəbələ RLS-in Azərbaycana təhvil verilməsinin başa çatdırılması ilə bağlı müzakirələr aparılıb.

Azərbaycan və Rusiya Müdafiə nazirlikləri arasında 2014-cü il üçün ikitərəfli əməkdaşlıq planı da imzalanıb.

Zakir Həsənovla Qazaxıstanın müdafiə naziri Adılbek Jaksıbekov, Ukraynanın müdafiə naziri Pavel Lebedev, Qırğızıstanın müdafiə naziri Taalaybek Omuraliyev, Belarusun müdafiə naziri Yuriy Jadobin arasında ikitərəfli görüşlər də olub.

Qeyd olunan ölkələrin Müdafiə nazirlikləri ilə Azərbaycan MN arasında 2014-cü il üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR