Akademik Milli Dram Teatrı xeyriyyə məqsədi ilə tamaşalar hazırlayır

 Akademik Milli Dram Teatrı xeyriyyə məqsədi ilə tamaşalar hazırlayır
# 13 noyabr 2013 16:46 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Akademik Milli Dram Teatrı xeyriyyə məqsədi ilə tamaşaların nümayişinə başlayır. Teatrdan APA-ya verilən məlumata görə, yeni layihənin məqsədi uşaq evlərində olan azyaşlıların teatra cəlb olunmasıdır.

“Akademik Milli Dram Teatrı hər həftə uşaq evləri üçün pulsuz tamaşa oynayır, beləliklə də bu uşaqların teatr sənətinə cəlb edilməsini, onların mənəvi tərbiyəsinə yardımçı olmağı hədəfləyir. Ötən həftə teatrda Bakının ətraf rayonlarında yerləşən uşaq evləri üçün “Danışan gəlincik” və “Qaraca qız” tamaşaları nümayiş olunub”, – deyə teatrdan bildirilib.

Hər iki tamaşanın quruluşçu rejissoru əməkdar artist Loğman Kərimovdur. Tamaşalarda Akademik Milli Dram Teatrının aktyorları çıxış ediblər.

Tamaşadan sonra teatrın foyesində aktyorlarla görüş təşkil edilib, viktorinalar, oyunlar keçirilib, uşaqlara müxtəlif hədiyyələr paylanıb. Teatrdan bildiriblər ki, gələcəkdə də bu istiqamətdə işlərini davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR