Azərbaycan səfirliyində Bişkek meri ilə görüş keçirilib - FOTO

Azərbaycan səfirliyində Bişkek meri ilə görüş keçirilib - <span style="color: red;">FOTO
# 26 iyun 2014 13:58 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının Qırğızıstandakı səfiri Hidayət Orucov və Bişkek şəhərinin meri Kubanıçbek Kulmatov arasında görüş keçirilib. Səfirlikdən APA-ya verilən məlumata görə, səfirlikdə keçirilən görüşdə Bişkek şəhərinin baş memarı Bakıtbek Abdiyev və Bişkek şəhəri Meriyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri cənab Ermek Canat iştirak ediblər. Mer qeyd edib ki, Azərbaycan və Qırğızıstan xalqları qardaş xalqlardır və ölkələr arasında münasibətlər daimi olaraq inkişaf etməkdədir.

Kubanıçbek Kulmatov əlavə edib ki, Bakı və Bişkek şəhərləri arasında əməkdaşlığın perspektivlərinə dair saziş layihəsi hazırlanmaqdadır və onun imzalanması Azərbaycan və Qırğızıstan əməkdaşlığının inkişafına yeni təkan verəcək.

Görüşdə qeyd olunub ki, qardaş ölkələr olan Qırğızıstanla Azərbaycan arasında bütün sahələrdə əməkdaşlığın genişlənməsi və dərinləşməsi istiqamətində son vaxtlarda çox irəliləyişlər nəzərə çarpsa da, hələ mövcud potensialdan kifayət qədər istifadə edilmir. Bakı ilə Bişkek arasında birbaşa işbirliyi əlaqələri də gücləndirilə bilər.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR