Davosda İran və Türkiyə xarici işlər nazirləri arasında görüş keçirilib

Davosda İran və Türkiyə xarici işlər nazirləri arasında görüş keçirilib
# 24 yanvar 2014 14:01 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İsveçrənin Davos şəhərində İran və Türkiyə xarici işlər nazirləri arasında görüş keçirilib.

APA - nın “Mehr” agentliyinə istinadən verdiyi məlumata görə, görüşdə Məhəmməd Cavad Zəriflə Əhməd Davudoğlu Suriyadakı son vəziyyət və bu ölkədəki böhranın həlli məqsədilə İsveçrədə keçirilən beynəlxalq konfransla bağlı fikir mübadiləsi aparıblar.

Türkiyə xarici işlər naziri İranın Suriya konfransında iştirakına maneə törədilməsinə toxunaraq deyib ki, rəsmi Tehranın iştirakı tədbirə fayda verə bilərdi.

Ə. Davudoğlu həmçinin Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın növbəti həftə İrana səfəri zamanı əsas müzakirə mövzularından birinin Suriya məsələsi olacağını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR