Bakının bir neçə yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılır - FOTO

Bakının bir neçə yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılır - <span style="color: red;">FOTO
# 30 may 2014 07:02 (UTC +04:00)

Bunu “APA-Economics”ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, birinci mərhələdə gediş hissə bağlanacaq və yolun hərəkət hissəsinin üfüqi nişanlanması işləri görüləcək.

“Daha sonra isə bu bağlanan gediş hissə açılaraq, yolun gəliş hissəsi, yəni Bakı Beynəlxalq Avtovağzal Kompleksi istiqamətinə doğru yolun hərəkət hissəsində hərəkət məhdudlaşdırılaraq xətlənmə işləri görüləcək”, - deyə o bildirib.

“Azəryolservis” rəsmisi həmçinin əlavə edib ki, bu axşam 22:00-da Yusif Səfərov küçəsinin şəhər istiqamətinə gedən hissəsi də bağlanacaq. Yol xətləndikdən sonra açılacaq və şəhərdən Heydər Əliyev prospekti istiqamətində də xətlənmə işləri ilə əlaqədar yol tam məhdudlaşdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR