Hind okeanında itkin düşmüş “Boinq”in axtarışları davam etdirilir

Hind okeanında itkin düşmüş “Boinq”in axtarışları davam etdirilir
# 27 mart 2014 01:54 (UTC +04:00)

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, axtarış sektorunda artıq bir neçə gəmi işləsə də, Hind okeanının cənub hissəsində havanın pisləşəcəyi gözənilir. Bu isə növbəti dəfə əməliyyatı müvəqqəti olaraq təxirə sala bilər.

Son sutka ərzində Fransanın orbital peyki Pert şəhərindən 2,5 min km aralıda, okeanda “Malaysia Airlines” aviaşirkətinə məxsus laynerin qırıntıları güman edilən 122 obyekt aşkar edib.

Qeyd edək ki, martın 24-də Malayziyanın baş naziri “Boinq”-in qəzaya uğradığını və bütün insanların həlak olduğunu bəyan edib. Öz növbəsində, sərnişinlərin qohumları buna etiraz edərək Malayziya hökumətindən müvafiq dəlil-sübut tələb edirlər.

Xatırladaq ki, Kuala-Lumpur – Pekin reysi ilə uçan “Boinq 777-220 ER” təyyarəsi martın 8-də itkin düşüb. Onun göyərtəsində ekipaj üzvləri ilə birlikdə 239 nəfər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR