Azərbaycanda manat pul kütləsi 19% artıb

Azərbaycanda manat pul kütləsi 19% artıb
# 12 noyabr 2013 14:33 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2013-cü il oktyabrın 1-nə 17 613,6 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 270,3 mln. manat və ya 14,8% çoxdur.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu ilin yanvar-sentyabr aylarında geniş mənada pul kütləsi 838,3 mln. manat və ya 5,0% artıb.

Qeyd edək ki, M3 aqreqatının strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.

Eyni zamanda manat pul kütləsi (M2 aqreqatı) son bir ildə 2 407,2 mln. manat və ya 19,4% artaraq 14 809,6 mln. manata çatıb:

(mln. manat)

01.10.2012

01.01.2013

01.10.2013

M0 (nağd pul)

8 315,4

9 256,6

9 560,0

M1 (nağd pul, tələb olunanadək əmanət və depozitlər)

10 053,6

11 107,9

11 736,8

M2 (nağd pul, tələb olunanadək və manatla müddətli əmanət və depozitlər)

12 402,4

13 806,4

14 809,6

M3 (nağd pul, tələb olunanadək və müddətli əmanət və depozitlər)

15 343,3

16 775,3

17 613,6

Qeyd edək ki, 2010-2011-ci illərlə müqayisədə manat kütləsinin artım tempi tədricən azalır. Belə ki, 2010-cu ildə artım 34,5%, 2011-ci ildə 32,5%, 2012-ci ildə 25,6% təşkil edib. Göründüyü kimi, hazırda bu göstərici 19%-dən bir qədər artıqdır. Eyni zamanda, son bir il ərzində nağd manat kütləsi 1 244,6 mln. manat artıb və beləliklə, manat pul kütləsinin artımının 51,7%-i nağd pulların payına düşür. Qeyd etmək lazımdır ki, son vaxtlar bu göstərici tədricən azalır, yəni pul kütləsinin artımında qeyri-nağd pulların həcminin artmasının rolu tədricən artır.

Bu, müəyyən dərəcədə ölkədə nağdlaşma səviyyəsinin azalmasına təsir edir. Belə ki, bu ilin sentyabrın 1-nə nağdlaşma 64,6%-ə bərabər olub ki, bu da illik müqayisədə 2,5 faiz bəndi azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR