Təhsil Nazirliyində “Oturaq həyat tərzi - sivilizasiyanın xəstəliyi” adlı elmi-kütləvi filmin təqdimatı keçirilib

Təhsil Nazirliyində “Oturaq həyat tərzi - sivilizasiyanın xəstəliyi” adlı elmi-kütləvi filmin təqdimatı keçirilib
# 23 yanvar 2014 10:21 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Təhsil Nazirliyinin sifarişi ilə Azərbaycan dilinə tərcümə edilən “Oturaq həyat tərzi - sivilizasiyanın xəstəliyi” adlı elmi-kütləvi filmin təqdimatı keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bildirib ki, Uşaqların Sağlam İnkişafı Naminə Rusiya İttifaqı tərəfindən istehsal olunan filmdə təhsil alanların sağlamlığının qorunması, tədris şəraitindən irəli gələn hərəkətsizliyin uşaqların sağlamlığına zərəri və digər müvafiq məsələlərdən bəhs olunur.

Film disk şəklində 8 min nüsxə artırılaraq təhsilin bütün pillələrinə - ümumtəhsil, ilk-peşə ixtisas, orta ixtisas və ali təhsil müəssisələrinə paylanılıb. Daha geniş yayımlanması üçün film mərkəzi və regional kanallara da təqdim edilib. Filmin ictimaiyyətə çatdırılması “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda, təhsil nazirinin “Təhsil alanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində təhsil texnologiyalarının tətbiqi üzrə işçi qrupunun yaradılması haqqında” əmrində qarşıya qoyulan məqsədlərə nail olmağa xidmət edir.

Təhsil Nazirliyinin Məktəbəqədər və ümumtəhsil şöbəsinin aparıcı məsləhətçisi Afət Süleymanova bildirib ki, bütün dünyada sağlam vətəndaş yetişdirmək hər bir cəmiyyətin, təhsilin birinci dərəcəli vəzifəsinə çevrilib. Onun sözlərinə görə, bu məqsədlə Azərbaycanda yaradılan Təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində təhsil texnologiyalarının tətbiqi üzrə İşçi Qrupu təhsil alanların sağlamlığının qorunması, təlim nailiyyətlərinin yüksəldilməsi üzrə mövcud təhsil texnologiyalarını öyrənərək onların yerli şəraitə uyğunlaşdırılması mexanizminin və tətbiqinə dair təkliflərin işlənib hazırlanmasını yerinə yetirir. Təhsilalanların fiziki sağlamlığına, fiziki sağlamlığına, psixoloji dayanaqlığına və təlim nailiyyətlərinin yüksəldilməsinə hər hansı formada təsir göstərən halları araşdırmaq və onların aradan qaldırılmasına dair təkliflər hazırlayıb təqdim etmək də müvafiq işçi qrupuna həvalə olunub. “Oturaq həyat tərzi - sivilizasiyanın xəstəliyi” adlı elmi-kütləvi filmdə 13 mərkəzi və regional televiziyaya, 4500 ümumtəhsil məktəbinə, 57 kollecə, 55 ali təhsil müəssisəsinə göndərilib, məktəbəqədər təhsil müəssisələrinə və peşə məktəblərinə də disklərin göndərilməsi istiqamətində işlər aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR