Moskvanın Şərqi Biryulevo rayonunun polis rəisinin müavini saxlanılıb

Moskvanın Şərqi Biryulevo rayonunun polis rəisinin müavini saxlanılıb
# 17 yanvar 2014 07:47 (UTC +04:00)

Bakı – APA. Moskvanın Şərqi Biryulevo rayonunun polis rəisinin müavini saxlanılıb. O, qeyri-qanuni bizneslə məşğul olanlara himayədarlıqda şübhəli bilinir.

APA – nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, həmin şəxs dünən axşam saatlarında saxlanılıb. Onun adı, hansı biznes sahəsinə “yardım” göstərdiyi açıqlanmır.

Saxlanılan şəxsin işdən çıxarılacağı, ona rəhbərlik edən şəxslərin isə töhmət alacağı bildirilir.

Moskvanın Şərqi Biryulevo rayonunun polis rəisinin müavininə qarşı cinayət işinin qaldırılacağı haqda qərar hələlik qəbul edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR