Dow Jones indeksi 0,1% enib, S&P 500 0,01%, Nasdaq 0,03% yüksəlib

Dow Jones indeksi 0,1% enib, S&P 500 0,01%, Nasdaq 0,03% yüksəlib
# 09 sentyabr 2013 06:54 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Sentyabrın 6-da Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 14 923 bəndədək enib, S&P 500 0,01% - 1 655 bəndədək, Nasdaq 0,03% - 3 660 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin dinamikasına əmək bazarında zəif artım göstəriciləri və iqtisadiyyatın stimullaşdırılması proqramının dayandırılması ilə bağlı ehtimallar təsir edib.

Avropa fond bazarlarında sentyabrın 6-da FTSE 100 indeksi 0,2% - 6 547 bəndədək, Almaniya DAX-ı 0,5% - 8 276 bəndədək, Fransa CAC-40-ı isə 1,1% - 4 049 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1 386,5 dollar bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3178 dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR