Tovuzda kütləvi zəhərlənmə olub

Tovuzda kütləvi zəhərlənmə olub
# 09 may 2014 08:42 (UTC +04:00)

Tovuz rayon Mərkəzi Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, Vahidli kəndində 7 nəfər şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Valideynlərin bildirdiyinə görə, uşaqlar məktəbin yaxınlığında olan mağazadan “suxarik” alıb yediyiblər. Bundan sonra onlarda ürəkbulanma və qusma halları müşahidə olunub.

Dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılan şagirdlərə tibbi yardım göstərilib. 9 yaşlı Murad Hacıyev və 10 yaşlı Yəhya Hacızadənin vəziyyəti daha ağır olduğundan onlara sistem köçürülüb.

Xəstəxananın həkimi Aybəniz Dəmirovanın sözlərinə görə, hazırda xəstələrin vəziyyəti normaldır. Həkim bildirib ki, zəhərlənməyə saxlanma müddəti ötmüş “suxariklər” səbəb ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR