İslamabadda iki partlayış olub, xəsarət alanlar var

İslamabadda iki partlayış olub, xəsarət alanlar var
# 24 may 2014 03:21 (UTC +04:00)

APA-nın “Gazeta.ru” saytına istinadən verdiyi məlumata görə, birinci partlayış yerli vaxtla 02:00-da şəhərin mərkəzi hissəsində baş verib, iki mühafizəçi yaralanıb.

İkinci partlayış isə şəhərin digər hissəsində qeydə alınıb. Bu vaxt xəsarət alan olmayıb.

Qeyd edək ki, martın əvvəlində Pakistanda gedən ağır döyüşlərdən sonra “Taliban” hərəkatı bir aylıq atəşkəs elan etmişdi. Apreldə isə “Taliban” atəşkəsin müddətini uzatmayacağını açıqlamışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR