Azərbaycanda sabiq millət vəkili vəfat edib

Azərbaycanda sabiq millət vəkili vəfat edib
# 02 yanvar 2014 09:59 (UTC +04:00)

Bakı - APA. Azərbaycan parlamentinin sabiq deputatı, milli azadlıq hərəkatının fəallarından Faiq Baxşəliyev vəfat edib.

APA-nın xəbərinə görə, şəkərli diabetdən və ürək xəstəliyindən əziyyət çəkən F.Baxşəliyev dekabrın 31-də Mingəçevirdəki evində dünyasını dəyişib.

Qeyd edək ki, F.Baxşəliyev 1990-1995-ci illərdə Milli Məclisin deputatı olub. O, Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktına səs verən millət vəkillərindən olub. 1992-1995-ci illərdə Mingəçevirin və Ağdaşın icra başçısı vəzifələrində çalışıb.

Mərhum doğulduğu Ağdaş rayonunun Kotavan kəndində dəfn edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR