Azərbaycanın xarici ticarət dövriyyəsi 6% artıb

Azərbaycanın xarici ticarət dövriyyəsi 6% artıb
# 16 sentyabr 2013 14:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin ümumi həcmi 23,087 mlrd. ABŞ dolları təşkil edib. «APA-Economics»in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, keçən ilin müvafiq dövrünə nisbətən 5,7% çoxdur.

Bu ilin yanvar-sentyabr aylarında ölkənin idxal əməliyyatları 7,132 mlrd. dolları keçib. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 18,5% çoxdur.

Bu müddət ərzində Azərbaycanda ixrac əməliyyatları 15,954 mlrd. dollara bərabər olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 0,8% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR