Azərbaycan İpoteka Fondunun yeni istiqrazlar emissiyası qeydiyyata alınıb

Azərbaycan İpoteka Fondunun yeni istiqrazlar emissiyası qeydiyyata alınıb
# 31 yanvar 2014 09:59 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan İpoteka Fondunun təmin edilmiş faizli adlı sənədsiz istiqrazlarının yeni emissiya prospekti qeydə alınıb.

Bakı Fond Birjasından «APA-Economics»ə verilən məlumata görə, emissiyanın həcmi 40 mln. manat təşkil edir.

İstiqrazların tədavül müddəti 3 600 gün, istiqrazlar üzrə illik gəlirlik 3%, faizlərin ödəniş dövrünün müddəti 180 gündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR