Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsini aparacaq məsul şəxslər üçün təlim keçirilib - FOTO

Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsini aparacaq məsul şəxslər üçün təlim keçirilib - <span style="color: red;">FOTO
# 03 iyun 2014 08:34 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) tərəfindən dövlət orqanlarında dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsini aparacaq məsul şəxslər üçün təlim keçirilib.

APA-nın xəbərinə görə, təlimdə çıxış edən Komissiyanın hüquq şöbəsinin müdiri Vüqar Əsgərov bildirib ki, “Dövlət qulluğu haqqında” qanuna uyğun olaraq Komissiya tərəfindən təsdiq edilən “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları”nın tətbiqinin daha səmərəli təmin edilməsi məqsədilə keçirilən təlim dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin aparılması prosesi, qiymətləndirmə üzrə hüquq və vəzifələr, qiymətləndirmənin nəticələri üzrə tətbiq edilən tədbirlər və digər mövzuları əhatə edir: "Təlimlər dövlət orqanlarında çalışan şöbə və sektor müdiri vəzifələrində çalışan şəxslərin qiymətləndirmə ilə bağlı maarifləndirilməsini təmin etməkdir".

V. Əsgərov qeyd edib ki, qiymətləndirmə il ərzində aparılır: "İlin sonunda dövlət qulluqçularının xidməti fəaliyyətinə qiymət veriləcək. Qiymətləndirmənin sonunda onların mükafatlandırılması da nəzərdə tutulur”.

Daha sonra çıxış edən Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Afaq Hüseyn əlavə edib ki, bugünkü təlimin keçirilməsi Azərbaycanda ilkdir: "Təlimləri keçirmək üçün beynəlxalq təcrübə yetəri qədər öyrənilib, lakin praktiki olaraq həyata keçirilməyib. İnanırıq ki, təlim kadrların qiymətləndirilməsi baxımından əhəmiyyətli olacaq. Hər insan özünün nəyi necə inkişaf etdirəcəyini bilməlidir. Bu prosesdə obyektivlik və şəffaflıq əsas prinsiplərdəndir".

Qeyd edək ki, təlimlər 2 gün davam edəcək. Təlimlərdə 37 dövlət orqanından 57 dövlət qulluqçusu qiymətləndirmə prosesində iştirak edəcək. Təlimlərdə Almaniya və Polşadan olan mütəxəssislər iştirak edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR