SAM və Mərakeş Strateji Araşdırmalar Mərkəzi arasında əməkdaşlıq sazişi imzalanıb - FOTO

SAM və Mərakeş Strateji Araşdırmalar Mərkəzi arasında əməkdaşlıq sazişi imzalanıb - <span style="color: red;">FOTO
# 06 fevral 2014 06:54 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Mərakeş Strateji Araşdırmalar Mərkəzi arasında əməkdaşlıq sazişi imzalanıb.

SAM-dan APA-ya verilən məlumata görə, imzalanma Mərakeş Strateji Araşdırmalar Mərkəzi və Afrika Strateji Araşdırmalar Federasiyasının təşkil etdiyi V beynəlxalq təhlükəsizlik forumundan sonra baş tutmuşdur.

Qeyd edək ki, SAM direktoru Fərhad Məmmədov və Xarici siyasət məsələlərinin təhlili şöbəsinin məsləhətçi-eksperti Kamal Qasımov Mərakeş Krallığında səfərdə olublar.

Forumun plenar iclasında Mərakeş, Tunis, Misir, Fransa, İtaliya, ABŞ və s. ölkələrdən olan hərbçilər, səfirlər və ekspertlər çıxış edib, bölgədəki proseslər, regional təhlükəsizliyin müxtəlif aspektləri haqqında fikirlərini bölüşüblər. Forum 5 plenar iclasdan və 3 seminardan ibarət olub.

F. Məmmədov "Dağlıq Qarabağ münaqişəsi regional sabitliyə və təhlükəsizliyə təhdid kimi" mövzusunda çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR