Şamaxı Astrofizika Rəsədxanasının 60 illiyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

Şamaxı Astrofizika Rəsədxanasının 60 illiyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək
# 15 iyul 2013 11:12 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının yaradılmasının 60 illiyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək.

APA-nın rəsədxananın rəsmi internet saytına istinadən verdiyi məlumatına görə, oktyabrın 3-də və 6-da Şamaxı şəhərində keçiriləcək konfransa MDB-nin böyük rəsədxanalarının rəhbərləri ilə yanaşı, bir sıra tanınmış alimlər də iştirak edəcək.

Konfransda rəsədxanada 60 il ərzində aparılan elmi-tədqiqat işləri - günəş fizikası, günəş-yer əlaqələri, ulduzlar fizikası və günəş sistemi cisimləri barədə məruzələr ediləcək. Müasir astronomiyanın aktual problemləri də konfransda müzakirə mövzusu olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR