«Bank of Baku» indiyədək SMS-lə 12 mln. manat kredit ayırıb

«Bank of Baku» indiyədək SMS-lə 12 mln. manat kredit ayırıb
# 26 noyabr 2013 09:11 (UTC +04:00)

Bakı – APA-Economics. «Bank of Baku» ASC mart ayında istifadəyə verdiyi SMS kredit layihəsi çərçivəsində indiyədək ümumilikdə təxminən 12 mln. manat həcmində kreditlər ayırıb.

Bankdan «»APA-Economics»ə bildirilib ki, SMS kredit məhsulu «Bank of Baku»nun Azərbaycan bank təcrübəsində ilk dəfə tətbiq etdiyi bir xidmətdir və bu məhsulunun patenti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən alıb.

SMS kreditin üstünlüyü müştərinin banka gəlmədən kredit sifarişini birbaşa mobil telefondan vermək imkanından ibarətdir. Sifariş edilmiş kredit məbləği, bankla əvvəlcədən imzalamış uzun müddətli baş saziş çərçivəsində müştərinin «Dostlar Klubu» kartına yüklənir. Müştəri kartdakı məbləği dərhal «Bank of Baku»nun istənilən bankomatından nağdlaşdıra bilər.

Kredit sifariş etmək üçün «Dostlar Klubu» kartının son 8 rəqəmini, boşluq və kredit məbləğini 8145 nömrəsinə SMS ilə göndərmək lazımdır. Mesaj göndəriləndən sonra sifariş avtomatik qərar üsulu ilə qiymətləndirilir və müştərinin ala biləcəyi kredit məbləği müəyyən edilir. Kredit sifarişi yalnız müştərinin bankda qeydiyyatda olan mobil telefon nömrəsindən edilə bilər.

Hazırda SMS kredit xidmətindən bankın «Dostlar Klubu»nun «Qızıl» və «Brilliant» kartlarının sahibləri faydalanır. Yaxın vaxtlarda «Gümüş» kartlarının sahibləri də bu xidmətdən istifadə edə biləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR