Vətəndaşlar biometrik pasportları "ASAN xidmət" mərkəzlərindən də əldə edə biləcəklər

Vətəndaşlar biometrik pasportları "ASAN xidmət" mərkəzlərindən də əldə edə biləcəklər
# 18 sentyabr 2013 10:00 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bu gün keçirdiyi mətbuat konfransında deyib. Agentlik sədri bildirib ki, bu ilin sentyabr ayının 1-dən etibarən respublikada biometrik ümumvətəndaş pasportların verilməsinə başlanılıb. Bu işin Daxili İşlər Nazirliyi (DİN) tərəfindən həyata keçirildiyini deyən İ.Kərimovun sözlərinə görə, ümumvətəndaş pasportların verilməsi DİN-in müvafiq məntəqələri ilə yanaşı "ASAN xidmət" mərkəzlərində də icra olunacaq. Hazırda fəaliyyət göstərən "ASAN xidmət" mərkəzləri biometrik pasportların verilməsi üçün lazımi avadanlıqlarla təchiz edilib. Beləliklə, vətəndaşlar biometrik pasportları DİN-in müvafiq məntəqələri ilə yanaşı artıq "ASAN xidmət" mərkəzlərindən də əldə edə biləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR