AZAL Bakı-Moskva və Moskva-Bakı istiqamətindəki uçuşların sayını artırır

AZAL Bakı-Moskva və Moskva-Bakı istiqamətindəki uçuşların sayını artırır
# 21 may 2014 11:42 (UTC +04:00)

APA-Economics”in AZAL-ın saytına istinadən məlumatına görə, şirkət Bakı-Moskva və Moskva-Bakı istiqamətindəki uçuşların sayını artırır.

Mayın 20-dən başlayaraq AZAL həftədə iki dəfə (çərşənbə və şənbə günləri) Kazan, Nijni Novqorod (çərşənbə və şənbə günləri), Perm (çərşənbə axşamı və cümə günləri) və Rostov-Don (çərşənbə axşamı və cümə günləri) istiqamətində uçuşlar yerinə yetirəcək.

Qeyd edək ki, mayın 20-dən başlayaraq Bakı-Moskva-Bakı istiqamətində gündəlik uçuşları sayı 4-ə çatdırılır.

Bakıdan Moskvaya uçuş saat 06:40, 10:40, 15:15 və 20:00-da yerinə yetiriləcək. Moskvadan Bakıya uçuş isə saat 09:50, 14:40, 19:00 və 23:35-də həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR