Nazir: “Heç kim demir ki, Azərbaycanda bütün tarixi abidələr istədiyimiz kimi qorunur”

Nazir: “Heç kim demir ki, Azərbaycanda bütün tarixi abidələr istədiyimiz kimi qorunur”
# 17 aprel 2014 09:39 (UTC +04:00)

Bakı. Könül Kamiilqız - APA. “Bu gün heç kim demir ki, Azərbaycanda bütün tarixi abidələr istədiyimiz kimi qorunur. Heç kim deyə də bilməz ki, bu gün hər bir binanın üzərində nəzarət var”.

APA-nın xəbərinə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş "İçərişəhərin dünya əhəmiyyətli abidələri" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, gerçəklik ondan ibarətdir ki, ölkə inkişaf edir, yollar tikilir, müxtəlif proseslər gedir: “Bunlar nəinki Azərbaycanda, bütün dünyada gedən təbii proseslərdir. Lakin bu prosesləri düzgün tarazlaşdırmaq, düzgün ölçmək, öz keçmişinə hörmətlə yanaşmaq yalnız müdrik xalqa malik olan hissiyyat və dünyagörüşüdür. Mən inanıram ki, bizim xalqımız məhz belə xalqdır. Keçmişimizə hörmətlə yanaşaraq hər zaman gələcəyə getməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR