Misir və İordaniyaya qaz nəql edən boru xətti partladılıb

Misir və İordaniyaya qaz nəql edən boru xətti partladılıb
# 28 yanvar 2014 08:30 (UTC +04:00)

Bakı – APA. Sinay yarımadasında qaz boru xətti partladılıb.

APA-nın “Al-Masry Al-Youm” nəşrinə istinadən verdiyi məlumata görə, partlayış El-Arişa şəhərindən cənub istiqamətində baş verib.

Həmin qaz kəməri ilə “mavi yanacaq” Misir və İordaniyaya ötürülür.

Yaraqlıların törətdiyi partlayış nəticəsində xəsarət alan olmayıb. Bu, yanvar ayı ərzində qaz kəmərinin Sinay yarımadasından keçən hissəsində baş vermiş üçüncü partlayışdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR