Avropa Şurası ilə Gürcüstan arasında Fəaliyyət Planı imzalanıb.

Avropa Şurası ilə Gürcüstan arasında Fəaliyyət Planı imzalanıb.
# 06 fevral 2014 12:21 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Avropa Şurası ilə Gürcüstan arasında yaxın illər üçün nəzərdə tutulan Fəaliyyət Planı imzalanıb. APA-nın xəbərinə görə, plana Gürcüstanda səfərdə olan Avropa Şurasının baş katibi Tyorbyorn Yaqland imza atıb. 17 milyon avro büdcəsi olan plan milli qanunvericiliyin və institutların AŞ standartlarına uyğun islahatı ilə bağlı 34 layihənin həyata keçirilməsini nəzərdə tutur.

T. Yaqland bildirib ki, Gürcüstan artıq milli qanunvericiliyin islahatı sahəsində bir sıra ciddi addımlar atıb və bu plan sonrakı islahatlar üçün nəzərdə tutulub.

Qeyd edək ki, AŞ ilə Azərbaycan arasında da Fəaliyyət Planının imzalanması müzakirə olunacaq. AŞ baş katibi 2012-ci ilin yanvarında bu barədə Azərbaycan prezidentinə məktub göndərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR