İsrail və Gürcüstan arasında viza rejimi ilə bağlı prosedur məsələlər müzakirə olunub - FOTO

İsrail və Gürcüstan arasında viza rejimi ilə bağlı prosedur məsələlər müzakirə olunub - <span style="color: red;">FOTO
# 31 oktyabr 2013 23:22 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. İsrail xarici işlər nazirinin müavini Zeev Elkins Gürcüstana səfəri çərçivəsində Gürcüstan daxili işlər nazir İrakli Qaribaşvili ilə görüşüb. Görüşdə İsrail nümayəndə heyəti və bu ölkənin Gürcüstandakı səfiri Yuval Fuks və digər rəsmi şəxslər də iştirak edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüş barədə Gürcüstan daxili işlər nazirliyinin mətbuat xidmətindən APA-nın yerli bürosuna daxil olan məlumatda bildirilib ki, tərəflər İsrail və Gürcüstan arasında viza rejiminin ləğv edilməsi mövzusuda prosedur məsələləri müzakirə edib. Görüşdə eyni zamanda ikitərəfli əməkdaşlıq məsələləri və gələcək planlar da müzakirə olunub, Gürcüstan daxili işlər nazirliyinin həyata keçirdiyi islahatlar barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bu görüş Gürcüstan daxili işlər naziri ilə və İsrail xarici işlər nazirliyi arasında baş tutan ikinci görüşdür. İlk görüş Gürcüstan daxili işlər naziri İ. Qaribaşvilinin may ayında İsrailə səfəri çərçivəsində baş tutub.

Gürcüstanın daxili işlər naziri İ.Qaribaşvili Gürcüstan və İsrail arasında viza rejiminin ləğvi qərarını tarixi qərar adlandırıb: “Bu, ölkələrimiz arasında münasibətlərimizin dərinləşdirilməsinə və möhkəmləndirilməsində atılan növbəti addımdır”.

Zeev Elkins Gürcüstana səfərindən şərəf duyduğunu bildirib. Nazir müavini son illər İsrail və Gürcüstan arasında münasibətlərin daha da möhkəmləndiyini qeyd edib. “Biz vizasız gediş-gəliş barədə qərar qəbul etdik. Bu, təbii bir addımdır. Bütün zəruri rəsmiləşdirmə və müqavilə sənədləri başa çatıb. Mən müqaviləni imzaladım. Düşünürəm ki, qısa vaxt ərzində müqavilənin formal tərəflərini yerinə yetirəcəyik. Ölkələrimiz və xalqlarımız üçün əla imkanlar yaranacaq. Bu əməkdaşlıq dostluq və strateji tərəfdaşlıq üçün vacibdir”, deyə nazir müavini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR