Prezident Ilham Əliyev Vladimir Putinə başsağlığı verib

Prezident Ilham Əliyev Vladimir Putinə başsağlığı verib
# 14 sentyabr 2013 17:14 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti Ilham Əliyev Rusiyanın Novqorod vilayətindəki psixonevroloji internatda yanğın nəticəsində insan tələfatı ilə bağlı rusiyalı həmkarı Vladimir Putinə başsağlığı verib. APA-nın məlumatına görə, məktubda deyilir:

“Hörmətli Vladimir Vladimiroviç,

Novqorod vilayətindəki psixonevroloji internatda yanğın nəticəsində insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirdi.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR