“Qarabağ” – “Ayntraxt” matçının hakimi müəyyənləşib

“Qarabağ” – “Ayntraxt” matçının hakimi müəyyənləşib
# 19 avqust 2013 10:22 (UTC +04:00)

Bakı – APA. Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Ayntraxt” (Almaniya) matçının baş hakimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, ağdamlıların Frankfurt təmsilçisi ilə ilk matçı polşalı Şimon Marçinyaka tapşırılıb.

32 yaşlı FİFA referisi avqustun 22-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmada fit çalacaq. Ona kömək edəcək həmyerlilərinin adı hələ dəqiqləşməyib.

Marçinyak ötən il sentyabrın 11-də millimizin Portuqaliya ilə DÇ-2014-ün seçmə mərhələsindəki qarşılaşmanın da hakimi olub. Həmin matçda yığmamız 0:3 hesabı ilə uduzub.

Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” oyunu saat 21:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR