Azərbaycanın NATO-dakı səfiri: “Azərbaycan sülhməramlıları 2014-cü ildən sonra da Əfqanıstanda qalacaq” - FOTO

 Azərbaycanın NATO-dakı səfiri: “Azərbaycan sülhməramlıları 2014-cü ildən sonra da Əfqanıstanda qalacaq” - <span style="color: red;">FOTO
# 22 may 2013 08:32 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın NATO-dakı səfiri Xəzər İbrahim deyib. O bildirib ki, 2014-cü ildən sonra da Azərbaycan sülhməramlıları Əfqanıstanda qalacaq: “Azərbaycan orada qalacağını bəyan edən və təsdiq edən 8 tərəfdaş ölkədən biridir. 2014-cü ildən sonra missiya üçün iki sənəd hazırlanmalıdır: Əməliyyat üçün konsepsiya və Əməliyyat üçün tələbatlar. Onları NATO hazırlayır, amma hələlik tərtib olunmayıb. Həmin sənədlər hazır olandan sonra Azərbaycan və digər ölkələr Əfqanıstanın inkişafına hansı töhfələri verə biləcəyini deyə bilər”.

Əfqanıstana Azərbaycan vasitəsilə yüklərin daşınmasına toxunan X. İbrahim bildirib ki, Azərbaycanın hava məkanı Əfqanıstan üçün açıqdır: “Əfqanıstana yüklərin 35 faizi Azərbaycan vasitəsilə daşınır. Hava məkanından başqa, yerüstü və dəniz vasitəsilə yükdaşımalar üçün geniş imkanlar açılacaq. Bakı-Tiflis-Qars dəmir yolu tikintisindən və Ələtdə dəniz limanının açılmasından sonra yükdaşımaların həcmi artacaq və ən vacibi odur ki, bu, ən ucuz və ən qısa yol olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR