İlhamə Quliyevanın Nazpəri Dostəliyevaya qarşı apellyasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib

İlhamə Quliyevanın Nazpəri Dostəliyevaya qarşı apellyasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib
# 04 oktyabr 2013 09:21 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində xalq artisti İlhamə Quliyevanın xalq artisti Nazpəri Dostəliyevaya qarşı apellyasiya şikayətinə baxılıb.

İ. Quliyevanın vəkili Şəfiqə Nağıyevanın APA-ya verdiyi məlumata görə, prosesdə N. Dostəliyevanın vəkili Yunis Vəliyev vəsatət qaldıraraq N. Dostəliyevanın prosesdə iştirak etmək istədiyini bildirib. Vəkil bunun üçün məhkəmənin təxirə salınmasını xahiş edib. Məhkəmə vəsatəti təmin edərək prosesi təxirə salıb.

Qeyd edək ki, İ. Quliyeva N. Dostəliyevaya qarşı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edib. İddiada İ. Quliyeva N. Dostəliyeva tərəfindən şərəf və ləyaqətinin alçaldıldığını, işgüzar nüfuzuna zərər vurulduğunu söyləyib. İddiaçı cavabdehdən maddi zərərə görə 200 min, mənəvi zərərə gör 500 min manat tələb edib. Lakin məhkəmə iddianı qismən təmin edərək N. Dostəliyevanın 50 min manat cərimə olunması barədə qərar çıxarıb. Həmin qərarla razılaşmayan İ. Quliyeva isə apellyasiya şikayəti verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR