«Azərsu» ASC-nin strukturu dəyişib

«Azərsu» ASC-nin strukturu dəyişib
# 08 yanvar 2014 07:32 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycan Nazirlər Kabineti «Azərsu» ASC-nin strukturunda dəyişiklik edib.

APA-nın verdiyi məlumata görə, dəyişiklik «Azərsu»nun tabeliyində olan hüquqi şəxs olmayan təşkilatları əhatə edir.

Dəyişikliyə əsasən, «Xaçmaz Su Kəmərləri» və «Sanqaçal Su Kəmərləri» idarələri «Azərsu» ASC-nin tabeliyində olan hüquqi şəxs olmayan təşkilatların siyahısından çıxarılıb.

Həmçinin, Bakı şəhərinin Nizami, Xətai, Binəqədi, Yasamal, Nərimanov, Nəsimi, Sabunçu, Səbail, Suraxanı, Qaradağ, Xəzər, Pirallahı rayonunun sukanal idarələri, «Bağlar Sukanal» İdarəsi, Nəzarət Ölçü Cihazları İdarəsi, «Şirvan Sukanal» İdarəsi və «Mingəçevir Sukanal» İdarəsi və Mərkəzi Laboratoriya «Azərsu» ASC-nin tabeliyində olan hüquqi şəxs olmayan təşkilatların siyahısına salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR