Almaniya səfirinin müavini Zaqatalada olub - FOTO

Almaniya səfirinin müavini Zaqatalada olub - <span style="color: red;">FOTO
# 18 iyun 2013 10:05 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov – APA. Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirinin müavini Volfqanq Mössinger Zaqatalaya səfər edib. Zaqatala Tarix – Diyarşünaslıq Muzeyinin elmi işçisi Təranə Xəlilovanın APA-ya verdiyi məlumata görə, Volfqanq Mössinger Zaqatalaya səfəri çərçivəsində Tarix – Diyarşünaslıq Muzeyində də olub. Diplomat XIX əsrdə Zaqatala bölgəsində yaradıcılıqla məşğul olan alman rəssamlarının çəkdiyi rəsm əsərləri ilə tanış olub və ona Almaniyanın tarixi keçmişi ilə bağlı muzey eksponatları nümayiş etdirilib.

Azərbaycanın düyüdən, buğdadan, fındıq və qarğıdalı dənələrindən hazırlanmış xəritəsi qonağın marağına səbəb olub. Diplomata bildirilib ki, bu xəritənin başqa birisi vaxtilə Ağdamın çörək muzeyində də olub, lakin ermənilərin işğalı zamanı həmin xəritə oğurlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR