Azərbaycan prezidenti Muğan Babazanlı abidələrinin 2800 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti Muğan Babazanlı abidələrinin 2800 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb
# 29 oktyabr 2013 15:48 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Muğan Babazanlı abidələrinin 2800 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncamda bildirilir ki, indiyədək aparılan çoxsaylı tədqiqatlar və üzə çıxarılan müxtəlif maddi mədəniyyət nümunələri ilə Azərbaycanın zəngin və böyük tarixi keçmişə malik ölkə olduğu sübuta yetirilib.

Ulu əcdadların ən qədim zamanlardan etibarən bu yerlərdə məskunlaşdıqlarını Salyan rayonunda Muğan arxeoloji mədəniyyətinin mərkəzi kimi tanınmış Babazanlı ərazisində son vaxtlar qazıntılar zamanı 2800 il bundan əvvəlki dövrə aid yaşayış məskəninin aşkarlanması bir daha təsdiq edir.

Sərəncama əsasən, Muğan Babazanlı abidələrinin 2800 illiyinin qeyd olunmasını təmin etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası və Salyan Rayon İcra Hakimiyyəti ilə birlikdə Muğan Babazanlı abidələrinin 2800 illiyinin qeyd olunmasına dair tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR