Rusiya Federal Miqrasiya Xidmətinin rəhbəri qonşulara viza tətbiq etməyi doğru saymır

Rusiya Federal Miqrasiya Xidmətinin rəhbəri qonşulara viza tətbiq etməyi doğru saymır
# 21 oktyabr 2013 07:43 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu sözləri Rusiya Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romodanovski “Kommersant” qəzetinə müsahibəsində deyib.

K. Romodanovski qonşulara viza tətbiq edib onlardan ayrılmağı doğru saymır. Onun fikrincə, Rusiyaya gəlmək istəyən gənc və perspektivli əcnəbilərə şərait yaratmaq lazımdır. O xatırladıb ki, 2014-cü ildən xarici tələbələr üçün imtiyazlı qaydalar qüvvəyə minəcək. İşə götürənlər bu cür işçi qüvvəsini işə cəlb etmək üçün icazə alası olmayacaqlar.

K. Romodanovski ölkəyə ixtisaslı işçi qüvvəsini cəlb etmək lazım olduğunu bildirib: “Problem ondadır ki, Rusiya uzun müddət müvəqqəti əmək miqrasiyası faktorundan istifadə etmək üzərində köklənib. Bu səbəblə biz hazırda müşahidə olunan problemlərlə üzləşirik. Biz ixtisaslı və müxtəlif dərəcələrə ayrılmış miqrasiyaya üstünlük verməliyik. Belə olsa, mən yaxın xariclə vizasız rejimdə və eyni zamanda Avropaya inteqrasiyada bir problem görmürəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR