Biləsuvar və Tərtərdə yanğın olub

Biləsuvar və Tərtərdə yanğın olub
# 18 aprel 2014 03:31 (UTC +04:00)

Bakı-APA. Ötən gecə Biləsuvar və Tərtər rayonlarında yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Biləsuvar rayonunda vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 2 ton ot bağlamasının 1 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Tərtər rayonu, Qaraağacı kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 3 ton ot bağlaması yanıb. Yaxınlıqda olan tikililər yanğından mühafizə olunub. Yanğın bütün hallarda yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR