Azərbaycan prezidenti Qazaxıstanın müdafiə nazirini qəbul edib

Azərbaycan prezidenti Qazaxıstanın müdafiə nazirini qəbul edib
# 21 aprel 2014 14:57 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstanın müdafiə naziri Serik Axmetovu qəbul edib.

APA-nın məlumatına görə, görüşdə Azərbaycanla Qazaxıstan arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, Qazaxıstanın müdafiə nazirinin Azərbaycana səfərinin müdafiə sahəsində əməkdaşlığımızın genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub.

S.Axmetov Qazaxıstan prezidenti Nursultan Nazarbayevin salamlarını və ən xoş arzularını Azərbaycan prezidentinə çatdırıb.

İlham Əliyev N.Nazarbayevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Qazaxıstan prezidentinə çatdırmağı xahiş edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR