Zaqatalada yanğın hadisəsi qeydə alınıb - VİDEO
31 may 2014 20:47 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov-APA. Zaqatalada yanğın hadisəsi qeydə alınıb. Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın rayonun Göyəm kəndində, İlqar Muhuma oğlu Ramazanovun yaşadığı evin həyətyani sahəsində tikilmiş, ümumi sahəsi 70 kv/m olan mal tövləsində qeydə alınıb. Hadisə yerinə FHN-nin Zaqatala rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib.
Yanğın nəticəsində tövlənin yanar konstruksiyaları və tövlənin çardağına yığılmış 200 ədəd (4.5 ton quru ot kütləsi) ot bağlaması yanıb. Yanğının genişlənərək yaxınlıqdakı tikilərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı tövlədə olan iribuynuzlu mal-qara xilas edilib. Fakal bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır.
Hadisə
Bakıda ana və qızını avtomobil vurdu, vəziyyətləri ağırdır
23:29
3 iyun 2024
“Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 5 əməkdaşı qazdan zəhərlənərək ölüb, Baş Prokurorluq araşdırma aparır - YENİLƏNİB 1
20:33
3 iyun 2024
Masazırda yanğın olub
18:40
3 iyun 2024
Qəbələdə itkin düşən 30 yaşlı kişi tapılıb
18:12
3 iyun 2024