Fransadan Azərbaycana yüzlərlə avtobus gətiriləcək

Fransadan Azərbaycana yüzlərlə avtobus gətiriləcək
# 12 may 2014 13:59 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. “Paris şəhərlər arasında ən gözəlidir. Qeyd edim ki, Bakının qədim memarlıq əsərləri də Fransa memarlıq sənətindən ruhlanıb. Çünki Bakının XIX və XX əsrlərdə tikilmiş binalarına nəzər saldıqda, orada Avropa memarlıq üslubunun özünü büruzə verdiyini görərsiniz”.

APA-nın məlumatına görə, bunu prezident İlham Əliyev Fransa-Azərbaycan biznes forumunda deyib.

"Əlbəttə ki, Avropa memarlığı deyəndə biz ilk növbədə Fransanı nəzərdə tuturuq. Bakının sürətli inkişafında biz inkişaf etmiş ölkələrin təcrübəsini öyrənmişik. Bu gün müasir texnikanın istehsalı sahəsində yenə də Fransa məhsullarının istehsalında yüksək zövq görürük", - deyə İ. Əliyev bildirib.

Dövlət başçısı bildirib ki, Fransadan Azərbaycana avtobusların gətirilməsi gündəmdədir: "Əlbəttə ki, ictimaiyyət və mütəxəssislər avtobuslarla tanış olarkən Fransa avtobuslarına üstünlük veriblər. Bildiyimə görə, 150 avtobusun gətirilməsi ilə bağlı müqavilə imzalanmalıdır, 150 opsion vardır. Əminəm ki, gələcəkdə Fransadan yüzlərlə avtobus gətiriləcək. Çünki əhali artır, tələbat artır. Gələcək illərdə bir neçə min avtobusdan söhbət gedə bilər. Bu da ticarət dövriyyəsinin artacaq, eyni zamanda Bakı sakinlərinə Fransa səviyyəli xidmət göstəriləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR