Hakerlər Azərbaycan prezidentinin ən mühüm sitatları təqdim edilən elektron kitabxanaya hücum edirlər

Hakerlər Azərbaycan prezidentinin ən mühüm sitatları təqdim edilən elektron kitabxanaya hücum edirlər
# 11 dekabr 2014 13:00 (UTC +04:00)

Bakı – APA. Naməlum hakerlər iki gündür müntəzəm olaraq www.azleadersays.com, saytını dağıtmağa çalışırlar.

APA-nın məlumatına görə, bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Qafqaz Tarixi Mərkəzindən məlumat verilib.

Bu saytda Azərbaycan prezidentinin ən mühüm sitatları təqdim edilən “İqtibaslar. Dünya liderləri və beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünün pozulmazlığı haqqında” kitabı elektron versiyada dərc edilib.

Mərkəzin məlumatına görə, dekabrın 8-dən 9-na keçən gecə ilk dəfə saytın dağıdılmasına cəhd göstərilib, sonrakı gecə də hücumlar davam edib. Lakin hücumlar nəticəsində sayta ciddi ziyan dəyməyib.

“Maraqlıdır ki, bu hücumlar regionumuzun real keçmişi və indiki vəziyyəti ilə bağlı ilk növbədə erməni ictimaiyyətinin www.azleadersays.com. saytı vasitəsi ilə məlumatlandırılmasına yönəlmiş yeni layihəmizin başlandığı vaxta təsadüf edir. Buna görə mən əminəm ki, bu iki hadisə arasında birbaşa əlaqə mövcuddur. Göründüyü kimi, bizim planlarımız erməni ictimaiyyətini aldadanlar üçün xoşagəlməz sürpriz olub və indi onlar özlərinə xas kobudluqla erməni ictimaiyyətinin regionda baş verənlərdən xəbərdar olmasının qarşısını almağa çalışırlar”, - deyə layihənin təşkilatçısı Fuad Axundov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.

Xəbər verildiyi kimi, Qafqaz Tarixi Mərkəzi “vesti az.”, “apa az.” , “day. Az” saytları ilə birlikdə “Erməni ictimaiyyətinə informasiya dəstəyi” layihəsini həyata keçirməyə başlayıb. Layihə texniki cəhətdən sözügedən saytlarda görkəmli siyasətçi və alimlərin Dağlıq Qarabağ problemi üzrə sitatlarının, 1915-ci ildə Osmanlı Türkiyəsində baş vermiş hadisəslərə dair informasiya bloklarının yerləşdirilməsini nəzərdə tutur.

“Söhbət qədim zamanlardan müasir dövrümüzə qədər olan tarixi faktların işıqlandırılmasından gedir. Erməni auditoriyası öz vətənində bu məlumatları əldə edə bilmir. Həmin materiallar hər bir erməninin başa düşəcəyi rus dilində təqdim edilir. Ermənilər özlərini cəfakeş xalq adlandırırlar. Və bu məqamda onlarla razılaşmamaq mümkün deyil. Onların çəkdikləri əziyyətin əsas səbəbi budur ki, onlara öz keçmişləri barədə yalan məlumat verilir və obyektiv informasiya əldə etmələrinə imkan yaradılmır. Erməniləri hazırkı yaşayış ərazisində yerli əhali olduqlarına inandırmağa və onlara dünya birliyi tərəfindən qonşu dövlətlərin ərazi bütövlüyünün tanınmasının - uydurma olmasına əminlik hissinin tətbiq edilməsidir. Bu yaxınlarda biz ermənilərin növbəti belə cəhdinin şahidi olduq. Ermənistan tərəfi sübut etməyə çalışırdı ki, Serbiyanın xarici işlər naziri guya Azərbaycanın ərazi bütövlüyün dəstəklənməsi barədə fikir səsləndirməyib. Məhz buna görə biz erməni ictimaiyyətini dünya liderlərinin, nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi barədə verdikləri bəyanatlar barədə məlumatlandırırıq. Bizim yeni layihəmizin məqsədi erməni ictimaiyyətinə həqiqəti çatdırmaqdır. Mən öz saytlarında bizə yer ayırmış vesti.az, apa.az, day.az nəşrlərinin rəhbərliyinə minnətdaram və digər media resurslarını da əməkdaşlığa dəvət edirəm”, - deyə F. Axundov bildirib.

İnformasiya blokları ötən həftənin sonunda istifadəyə verilib. Hazırda F.Axundovun kitablarını elektron versiyalarını informerlər bu ünvanlara yönəldir:www.nofalsify.com (alimlərin Cənubi Qafqazın tarixi haqqında fikirləri əsasında tərtib olunan “Saxtakarlıqları ifşa edənlər” kitabı), www.azleadersays.com Azərbaycan Prezidentinin ən mühüm sitatları təqdim edilən (“İlham Əliyevdən iqtibaslar. Azərbaycan Prezidenti dövlət quruculuğunun əsas istiqamətləri haqqında" kitab) vəwww.azterrintegrity.org (“İqtibaslar. Dünya liderləri və beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünün pozulmazlığı haqqında” kitab).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR