“Bank of Baku” kredit kampaniyası keçirir

“Bank of Baku” kredit kampaniyası keçirir
# 11 dekabr 2014 09:09 (UTC +04:00)

Bakı. APA-Economics. “Bank of Baku” Yeni il münasibətilə kiçik sahibkarlıqla məşğul olan şəxslər və bütün peşə sahibləri üçün güzəştli nağd pul kredit kampaniyası elan edir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, kreditləşmə kampaniyası iki mühüm üstünlükdən ibarətdir. Bunlar illik faiz dərəcəsində 3%-dək endirim və ilk ayların və ya müştərinin seçdiyi fərqli dövrün ödəniş məbləğinin azaldılmasıdır.

Kampaniya çərçivəsində müştəri həm faiz, həm də aylıq ödəniş məbləğini daha az miqdarda ödəyəcək.

Misal üçün, 10 000 manat nağd kredit üzrə 2015-ci ilin aylıq ödənişləri 249 manatdan başlayacaq. 5000 manat nağd kredit üzrə 2015-ci ilin aylıq ödənişləri 133 manatdan başlayacaq. 1000 manat nağd üzrə 2015-ci ilin aylıq ödənişləri 27 manatdan başlayacaq. Beləliklə, müştərilər üçün ilk ayların ödənişi “Bank of Baku” tərəfindən əhəmiyyətli dərəcədə azaldılır.

Cari kampaniyadan faydalanmaq istəyən kənd təsərrüfatı, xidmət, pərakəndə satış, öz işi ilə məşğul olan peşə sahibləri (məsələn, dərzilər, ustalar, bərbərlər, taksi sürücüləri, repetitorlar, satıcılar və s.)“Bank of Baku”-nun filiallarına dəvət olunurlar. “Bank of Baku”nun sərfəli kampaniyalarından yararlanmaq üçün kiçik sahibkarlıqla məşğul olan şəxslər və bütün peşə sahibləri “Bank of Baku”-ya müraciət edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR