Ukrayna hərbçiləri qondarma Cənubi Osetiya respublikasının “müdafiə naziri”nin köməkçisini əsir götürüblər - FOTO

Ukrayna hərbçiləri qondarma Cənubi Osetiya respublikasının “müdafiə naziri”nin köməkçisini əsir götürüblər   - <span style="color: red;">FOTO
# 21 iyul 2014 19:31 (UTC +04:00)

APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, “Aydar” batalyonunun döyüşçüləri separatçı Cənubi Osetiyanın “müdafiə naziri”nin köməkçisi Tamerlan Yenaldiyevi əsir götürüblər.

Məlumata görə, əsir götürülən silahlı döyüşlərdə iştirak etmədiyini, sadəcə, hərbi əməliyyatları seyr etməyə gəldiyini bildirib. Lakin Tamerlan Yenaldiyev saxlanılarkən, onun üzərində silah və separatçılar üçün nəzərdə tutulmuş külli miqdarda bahalı dərman aşkarlanıb.


“Aydar” batalyonunun komandiri Sergey Melniçuk Tamerlan Yenaldiyevi Rusiyada əsirlikdə saxlanılan ukraynalı təyyarəçi Nadejda Savçenko ilə dəyişmək niyyətində olduqlarını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR