Mikayıl Cabbarov: "Bakı məktəblərində təhlükəli tendensiya var"

Mikayıl Cabbarov: "Bakı məktəblərində təhlükəli tendensiya var"
# 16 dekabr 2014 10:19 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. "Bu gün Bakı məktəblərində kişi və qadın müəllimlərin sayı ilə bağlı təhlükəli tendensiya var. Yeni işə qəbul olunan müəllimlərin gender dinamikasında bu problem yoxdur, amma ümumilikdə götürdükdə bu məsələdə natarazlıq mövcuddur və bu, bizi narahat edir". APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib.

M. Cabbarov bildirib ki, bu tendensiya bu gün yaranmayıb və nazirliyin diqqətindədir. Nazirlik tərəfindən bu tendensiyanın aradan qaldırılması istiqamətində görülən işlərə gəlincə, M.Cabbarov qeyd edib ki, son illər ərzində Azərbaycanda müəllimlərin işə qəbulu yalnız bir meyara – peşəkar keyfiyyətlərə əsasən həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR