Bakı. Məlahət Nəcəfova-APA. “Müəllif tərəfindən sifariş əsasında hazırlandığı aydın şəkildə görünən bu məqalədə siyasi, hüquqi, tarixi və dini əsasda saxtakarlığa yol verilib”. Bu barədə Azərbaycan xarici işlər naziri Hikmət Hacıyev “Nezavisimaya Gazeta”-da 19 avqust l tarixində Anton Yevstratovun “Колокольни и минареты Карабаха” adlı məqaləsi ilə bağlı APA-ya açıqlamasında deyib. Onun sözlərinə görə, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejim vardır və bu da yalnız işğal və təcavüzün nəticəsidir: “İşğal olunmuş ərazilərin əhalisinin 99,9 faizinin eyni dindən olan ermənilərin təşkil etdiyini yazan müəllif əslində yerli azərbaycanlı əhalinin etnik təmizləməyə məruz qaldığını bir daha təsdiq edir. Müəllifə xatırlatmaq istərdik ki, münaqişədən əvvəl 1988-ci ildə Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin əhalisinin 74 faizini ermənilər, 24 faizini azərbaycanlılar, 2 faizini isə ruslar və digər xalqlar təşkil edirdilər. İndi isə yalnız ermənilərdən ibarət mono etnik tərkibdir”. Hikmət Hacıyev bildirib ki, ermənilər Cənubi Qafqaz regionuna yad və gəlmə olduqları halda, erməni kilsəsinin Qarabağda və indiki Ermənistan ərazisindəki “tarixi” rolundan danışmaq cəfəngiyatdır: “Gəncəsar monastırının adını təhrif edərək yazan müəllif çox vacib bir məqamın üstündən ötməyə çalışır. Gəncəsar monastırı sırf “erməni” monastırı kimi yaradılmışdısa, niyə bu məbədi tikdirmiş Həsən Cəlal tikilinin üstündə “mənim alban xalqım” üçün ucaldılmış “Albaniya paytaxt məbədi” yazdırmışdı? Eləcə də Qarabağın dağlıq hissəsinin xristian əhalisi rus çarı I Pyotra məktubunda özlərini alban adlandırmışdılar. Əsrlər boyu alban kilsəsi ilə mübarizə aparan erməni kilsəsi planlı şəkildə onu özünə tabe etməyə, sonralar isə ləğv etməyə çalışmışdır. Alban yazılı mənbələri 1836-cı ildə rus Sinodunun qərarı ilə alban kilsəsi erməni kilsəsinə tabe ediləndən sonra məhv edilmişdir. Ümumiyyətlə, regionda erməni kilsəsinin rolundan danışan müəllifə elə Çar Rusiyasına qarşı terror siyasəti apardığına görə 1903-cü ildə erməni kilsəsinin əmlakının müsadirə olunması haqqında fərmanı xatırlatmaq yerinə düşər. Müəllif işğal edilmiş ərazilərdə Azərbaycan xalqının İslam dininə aid maddi-mədəni irsini də təhrif edir. Ermənistan ərazisində Azərbaycan xalqına məxsus Dəmirbulaq məscidi tamamilə məhv edilib. Azərbaycanın İslam mədəniyyətinə və memarlığına verdiyi zəngin irsin bir hissəsi olan işğal olunmuş Ağdam rayonundakı Cümə Məscidi və Şuşadakı Yuxarı Gövharağa Məscidi vandalizmə və təhqirlərə məruz qalıb. Məqalədən göründüyü kimi müəllif qeyri-qanunu əsasda Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edərək, Azərbaycan Respublikasının Dövlət Sərhədi haqqında Qanunu pozub və sifarişli əsasda Azərbaycanın tarixinin saxtalaşdırılması və qondarma rejimin təşviqi ilə məşğuldur. Müvafiq araşdırma aparıldıqdan sonra müəllifin adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək”.
XİN: “Nezavisimaya Gazeta”-da gedən məqalədə siyasi, hüquqi, tarixi və dini əsasda saxtakarlığa yol verilib"
Xarici siyasət
Azərbaycan və Ermənsitan XİN başçılarının Almatı görüşünün tarixi açıqlanıb
Hikmət Hacıyev: “Azərbaycan COP29 tədbirləri zamanı ölkələri atəşkəs bağlamağa dəvət edə bilər”
BMT Baş katibinin köməkçisi Emənistanın Azərbaycanla sərhəd bölgələrinə səfər edəcək
Azərbaycanla Qambiya arasında diplomatik passport sahibləri üçün viza rejimi ləğv edilib
Xəbər Lenti
Azərbaycan və Ermənsitan XİN başçılarının Almatı görüşünün tarixi açıqlanıb
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
Ermənistanın Qazaxla sərhədində mina partlayıb, minaaxtaranın ayağı amputasiya edilib
Braziliyadakı daşqınlar nəticəsində 78 nəfər ölüb
FHN: Ötən sutka 25 yanğına çıxış olub, 6 nəfər xilas edilib
Binəqədidə tapança satmaq istəyən şəxs saxlanılıb
Qaraçuxurda bir avtomobilin şüşəsi sındırılıb, digəri yandırılıb
AMB: Azərbaycanda avtomobillərin 3%-i KASKO üzrə sığortalanıb - EKSKLÜZİV
Ukraynanın Belqoroda PUA hücumunda 6 nəfər ölüb, 35 nəfər yaralanıb
Cəlilabadda 18 yaşlı oğlan itkin düşüb
“Coffee ‘nJOY” kitab sərgisində iştirak edib
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
Qəbul imtahanında iştirak üçün qeydiyyat bu gün başa çatacaq
“Azəri Star Mikromaliyyə" ötən il zərər edib - Hesabat
ABB Mastercard-ın 2 mükafatını qazanıb
Respublikaçı senator: ABŞ-nin Ukraynaya göndərməyə pulu yoxdur
Naxçıvanda musiqi, incəsənət məktəblərinə işə qəbul elan edilib
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
Şimşək çaxıb, Şahdağ və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVA
Ağdaşda tikinti mağazası yanıb - VİDEO
Nyu-York birjasında təbii qaz cüzi bahalaşıb
Dünya bazarlarında neftin qiyməti artır
Bu günə olan valyuta məzənnələri
Qəbələdə “Ford” yanıb
Bakıda 24 yaşlı oğlan evdə ölü aşkarlanıb
Bakıda Rusiya vətəndaşı intihar edib
Azərbaycan Milli QHT Forumunun rəhbərliyində dəyişikliklər olacaq
Kirayə götürdükləri avtomobillə narkotik daşıyan şəxslər saxlanılıblar
Bakıda sıxlıq olan yollar - SİYAHI
Belarus XİN: Ukrayna ilə bağlı danışıqlarda ev sahibliyi etməyə həmişə hazırıq
Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar
Konqres: Ukrayna müharibədə məğlub olarsa, ABŞ qoşunları göndərilə bilər
“Al Jazeera”: İsrailin Rəfaha hücumu nəticəsində 21 nəfər ölüb
Vyetnamda anomal isti hava hökm sürür
Madriddə doqquzuncu dəfə "Ölməz alay" aksiyası keçirilib
Si Cinpin Fələstin-İsrail münaqişəsinin həlli yollarını açıqlayıb
Berlində “Diehl” müdafiə konserninin binasında baş verən yanğın 3 gündür davam edir
Almaniya Ukraynaya artilleriya mərmiləri verəcək
Bakıda toydan çıxan qadınları avtomobil vurub, ölən var - FOTO - YENİLƏNİB - VİDEO
"Qalatasaray" 6 qolla qalib gəlib
Rusiya DİN Ukraynanın keçmiş XİN başçısını axtarışa verib
Şəkidə qəza zamanı piyada ölüb
Netanyahu: "İsrail özünü sona qədər müdafiə etməyə hazırdır"
İndoneziyada 6,2 bal gücündə zəlzələ olub
Futbol üzrə Argentina millisini dünya çempionu etmiş baş məşqçisi vəfat edib
Lavrov: “Qərb Ukraynada vəziyyətin pisləşdiyini bilir”
Bakıda küçədə dava olub, gənc oğlan bıçaqlanıb
Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi güclənəcək, intensiv yağış yağacaq
Şahdağa qar yağıb, Zərdaba dolu düşüb - FAKTİKİ HAVA
Türkiyənin XİN başçısı: “Qəzzada eskalasiya yeni münaqişələrə səbəb ola bilər”